Tibb işçilərinin sertifikasiyasında dəyişikliklər edildi
8-09-2021, 20:16
166

Tibb işçilərinin sertifikasiyasında dəyişikliklər edildi

Azərbaycanda tibb işçilərinin sertifikasiyasında dəyişikliklər edilib.
Bunu Səhiyyə Nazirliyi Sertifikasiya Mərkəzinin rəhbəri Murad Mirzəzadə deyib.
Mərkəz rəhbəri qeyd edib ki, Nazirlər Kabineti ixtisasların təsnifatında dəyişiklik edib: "Bu prosesə 18 yeni ixtisas əlavə olunub. Buna görə qərar verildi ki, ixtisaslar üzrə sertifikasiya imtahanı üçün suallar hazırlansın. Hazırda bununla bağlı iş gedir”.
O bildirib ki, sertifikasiyada sınaq imtahanları tətbiq edilib: "Şəxs gəlib sınaq imtahanından keçəndən sonra imtahana buraxılır. Bu imtahanda şəxs nədənsə çətinlik çəkirsə, bunun üçün bizdə kurslar təşkil olunur. Həmin kursdan sonra şəxs imtahan verə bilər".

Oxşar xəbərlər