Allahverdi Yolçuyev nazirin qəbuluna düşmək istəyir
8-09-2021, 17:42
164

Allahverdi Yolçuyev nazirin qəbuluna düşmək istəyir

Uzun müddətdir Parkinson xəstəliyindən əziyyət çəkən aktyor Allahverdi Yolçuyev hələ də müalicə oluna bilmir.
Yenisabah.az-a danışan aktyor müalicə üçün maddi imkanının olmadığını deyib.
“Əlim öz fəaliyyətini davam etdirir. Parkinson xəstəliyim hələ ki, müalicə edilməyib. O gün maraqlandım ki, xəstəliyimin müalicəsi İsraildə, Hayifa şəhərində var. Amma ora getmək üçün də pul lazımdır. Mən də heç bir yerdə işləmirəm, maaş almıram, əlavə gəlir yerim də yoxdur”.
Aktyor bir neçə dəfə Mədəniyyət Nazirliyinə müraciət etsə də, nəticəsinin olmadığını bildirib:
“Mədəniyyət Nazirliyinə də bir neçə dəfə zəng eləmişəm. Hər dəfə deyirlər ki, “baxılacaq, baxılacaq”, amma heç maraqlanan yoxdur. Artıq bir ildir. İndi şəxsən nazirin özünün qəbuluna düşmək istəyirəm, köməkçisinə zəng etmişəm, bilmirəm necə olacaq”.

Oxşar xəbərlər