Daha beş qazimiz müalicə üçün Türkiyəyə göndərildi - FOTOLAR
9-09-2021, 11:58
180

Daha beş qazimiz müalicə üçün Türkiyəyə göndərildi - FOTOLAR

Ağır yaralanan daha beş qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib.
Fonddan verilən məlumata görə, müalicəyə gedən qazilərimiz İdrisov Ərşad Rafiq oğlu, Misirzadə Rahib Mübariz oğlu, Əmənli Nurlan Şirzad oğlu, Səmədov Ceyhun Eldar oğlu və Əzizli Səddam Nazim oğludur.
“YAŞAT” Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.
Xatırladaq ki, Fond tərəfindən bu günə qədər 131 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 81-nin müalicə proseduru artıq uğurla yekunlaşıb və vətənə qayıdıblar.
Daha beş qazimiz müalicə üçün Türkiyəyə göndərildi- FOTOLAR

Daha beş qazimiz müalicə üçün Türkiyəyə göndərildi- FOTOLAR

Daha beş qazimiz müalicə üçün Türkiyəyə göndərildi- FOTOLAR

Daha beş qazimiz müalicə üçün Türkiyəyə göndərildi- FOTOLAR 

Oxşar xəbərlər