İlham Əliyev Estoniyanın yeni seçilmiş Prezidentini təbrik etdi
9-09-2021, 16:20
146

İlham Əliyev Estoniyanın yeni seçilmiş Prezidentini təbrik etdi

Preizdent İlham Əliyev Estoniya Respublikasının yeni seçilmiş Prezidenti Alar Karisə təbrik məktubu ünvanlayıb.
Təbrik mətnində deyilir:
"Hörmətli cənab Karis,
Estoniya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizə səmimi təbriklərimi yetirirəm.
İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Estoniya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Estoniya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirəm".
 

Oxşar xəbərlər