Azərbaycan və Türkiyə xüsusi təyinatlıları gəmini şərti terrorçulardan azad etdi - VİDEO
10-09-2021, 12:21
132

Azərbaycan və Türkiyə xüsusi təyinatlıları gəmini şərti terrorçulardan azad etdi - VİDEO

Azərbaycan və Türkiyə Respublikalarının sualtı hücum və sualtı müdafiə qruplarının iştirak etdiyi birgə təlim-məşqlərində növbəti mərhələnin tapşırıqları icra olunub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bu mərhələdə Xəzər dənizinin Azərbaycana məxsus sektorunda şərti terrorçu qrup tərəfindən zəbt edilən gəmidə onların zərərsizləşdirilməsi və gəminin azad edilməsi tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilib.
Helikopter və katerlərin cəlb olunması ilə keçirilən təlimin növbəti mərhələsində qarşıya qoyulan tapşırıqları iki qardaş ölkənin xüsusi təyinatlıları yüksək peşəkarlıq nümayiş etdirərək dəqiq və effektiv icra ediblər.


Oxşar xəbərlər