Deputata yeni VƏZİFƏ VERİLDİ
10-09-2021, 15:35
152

Deputata yeni VƏZİFƏ VERİLDİ

Baş prokuror yanında Elmi-Məsləhət Şurasının 17 iyun 2021-ci il tarixli iclasının qərarı ilə Elmi-Məsləhət Şurasının Anti-korrupsiya Təlim Mərkəzi təsis edilib.
Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, Baş prokuror Kamran Əliyevin eyni tarixli sərəncamı ilə Təlim Mərkəzinin Əsasnaməsi təsdiq edilib.
Təlim Mərkəzinin rəhbəri vəzifəsinə ictimai əsaslarla Elmi-Məsləhət Şurasının üzvü, Milli Məclisinin deputatı Kamal Cəfərov təyin edilib:

Oxşar xəbərlər