Azərbaycanda vurulan vaksinlərin ümumi sayı 7,5 milyona çatır
10-09-2021, 18:46
164

Azərbaycanda vurulan vaksinlərin ümumi sayı 7,5 milyona çatır

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 62 584 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23 160, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 39 424 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 7 493 034, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 465 644, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 027 390 təşkil edir.

Oxşar xəbərlər