Yaqub Zurufçunun müalicəsinə xaricdən gələn həkimlər cəlb olundu
11-09-2021, 11:28
26

Yaqub Zurufçunun müalicəsinə xaricdən gələn həkimlər cəlb olundu

Əməkdar artist Yaqub Zurufçunun müalicəsinə xarici mütəxəssislər cəlb edilib.
Bu barədə sənətkarın həyat yoldaşı Aynur Zurufçu məlumat verib.
A.Zurufçu bildirib ki, xarici mütəxəssislər bir neçə saatdan bir Yaqub Zurufçunu müayinə edir, konsilium keçirirlər. 
Qeyd edək ki, Əməkdar artist Yaqub Zurufçu bir neçə gün əvvəl koronavirusa yoluxub və "Yeni Klinika”nın reanimasiya şöbəsinə yerləşdirilib. Müğənni süni nəfəs aparatına qoşulub. Həkimlər Y.Zurufçunun vəziyyətini ağır qiymətləndirirlər. 

Oxşar xəbərlər