Vətəndaş Kontakt Home-a səsləndi: PULUMU QAYTARIN! - NARAZILIQ!
11-09-2021, 11:46
157

Vətəndaş Kontakt Home-a səsləndi: PULUMU QAYTARIN! - NARAZILIQ!

""KONTAKT HOME"dan 18 avqust onlayn sifarişlə aldığım malı kuryerin səriştəsizliyindən yaranan problemə görə 19 avqust tarizində geri qaytardım və mənə bildirildi ki, pulunuz 14 iş günü ərzində geri qaytarılacaq". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı şikayətində Asif Manaflı adlı istifadəçi bildirir.

Vətəndaş Kontakt Home-a səsləndi: PULUMU QAYTARIN!

Daha sonra narazı vətəndaş yazır: "Ara sıra zəng edib "pul köçdü ,köçmədi?" soruşurlar...
Deyilən vaxt bitəndən sonra *6060 çağrı mərkəzi ilə əlaqə saxladım bildirdilər ki, əməliyyat biz tərəfdən icra olunub və problemə görə Unibanka müraciət edin. Səbr edib orada getdim və mənə elə bir icranın olmadığını dedilər hətta kağız da verdilər.

Vətəndaş Kontakt Home-a səsləndi: PULUMU QAYTARIN!

"Kontakt Home", sizdən tələb edirəm tez bir zamanda problemə çarə tapıb, pulumu geri qaytarasınız. Əlaqə nömrəm - (055) 673 14 98"

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfin də fikirlərini işıqlandırmağa hazırıq...

Oxşar xəbərlər