TƏBİB-in sədr əvəzi kollektivə təqdim edildi
13-09-2021, 16:56
146

TƏBİB-in sədr əvəzi kollektivə təqdim edildi

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri vəzifələrini müvəqqəti icra edən Vüqar Qurbanov kollektivə təqdim olunub.
Bu barədə  İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.
Qeyd edək ki, TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib. Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyevin əmri ilə sədri vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti Vüqar Qurbanova verilib. O, hazırda agentliyin Tibbi iddialar departamentinin rəhbəri vəzifəsini tutur.

Oxşar xəbərlər