BŞTİ-DƏ QƏBUL — SİRLƏR AÇILIR… «GÖSTƏBƏYİN İZİ İLƏ»
14-09-2021, 11:42
160

BŞTİ-DƏ QƏBUL — SİRLƏR AÇILIR… «GÖSTƏBƏYİN İZİ İLƏ»

Böyük Mirzə Cəlil deyirdi ki,”qələmin müqəddəs vəzifəsi xalqın xoşbəxtliyi yolunda xidmət etməkdir. Bu ola gərək hər bir qələm əhlinin amalı”.

Media cameəsində çalışdığım ilk gündən bu sözləri özümə məslək amalı seçmişəm. Çalışmışam ki, haqsızlığa susmayım, “düzü düz, əyrini həmvar yazım”. Məncə mətbuatda çalışan hər bir qələm əhli bu amala xidmət etməlidir.

Diqqətli oxucularımız saytımızda Bakı şəhər Təhsil İdarəsi ilə bağlı tənqidi materialları çox oxuyublar. Zamanında gördüyümüz, şahidi olduğumuz çatışmamazlıqları, nöqsanları yeri gəldikdə ən sərt formada işıqlandırmışıq, ictimailəşdirmişik. Xalqın gələcəyinin təmin olunduğu təhsil sistemində baş verənlərə heç bir vətəndaş, xüsusilə ziyalılarımız biganə olmamalıdır. Biz  də bütün bunlardan çıxış edərək bu həssas mövzunu diqqətdən kənarda saxlamamışıq. Yazdıqlarımız, ictimailəşdirdiklərimiz heç bir şəxsi maraqdan və intriqadan qaynaqlanmayıb. Sadəcə nöqsanları tənqid etməklə onların aradan qaldırılmasına yardımçı olmağa çalışmışıq.

Bu gün BŞTİ-də müsbətə doğru dəyişən tendesiyanı görmək şəxsən mənim üçün çox xoş oldu.  İdarədə baş verən müsbət dinamika, vətəndaş məmnuniyyətinin təmin olunması təqdirəlayiqdir. Şəxsən idarənin müdir müavini Xəyalə xanım Əhmədzadənin qəbulunda olarkən müşahidə etdiklərim məndə böyük ümidlər yaratdı. Bəli, istəyəndə, qarşıya məqsəd qoyanda istənilən arzunu reallaşdırmaq olur. Yeni rəhbərliyin iradəsi ilə BŞTİ ölkənin ən operativ dövlət strukturlarından birinə çevrilib. Qəbulda olarkən hər bir şəxsin problemlərinin diqqətlə dinlənildiyini, operativ olaraq həll olunduğunu müşahidə etdim. Təbii ki, bütün bunlar hər şeydən öncə bir vətəndaş olaraq məndə çox xoş təəssüratlar yaratdı.

Bu sətirləri yazmaqda yuxarıda qeyd etdiyim kimi heç bir şəxsi maraq güdmürəm. BŞTİ-ni ən sərt şəkildə tənqid edəndə də bu belə idi. Məqsədim hər şeyə həqiqətin gözü ilə baxmaqdır, doğruları çatdırmaqdır. Əgər sabah idarənin fəaliyyətində hansısa nöqsanın şahidi olacağamsa,  yenə də eyni formada tənqid edəcəyəm.

Yazımın sonunda çox incə bir nüansı qeyd etməliyəm. BŞTİ-də xüsusi maraqlı şəxslər(və yaxud qruplar) var ki, onlar məqsədli şəkildə oturduqları budağı «baltalamaqla» məşğuldurlar. Yüksək mövqelər uğrunda mübarizə aparan belələri yeri gələndə mediada şər-böhtan, iftira kompaniyası təşkil etməkdən belə çəkinmirlər. İdarənin fəaliyyətində baş verən müsbət dəyişikliklər onları əməlli-başlı narahat edir. Yenə də öz ampulalarındadırlar - şeytanlıq edib ara vurmaqla, qarayaxma yolu ilə idarənin fəaliyyətinə kölgə salmaq, narazılıq dalğası yaratmaq istəyirlər. Görünür uzun müddət sınaqdan çıxardıqları bu metodun yenə də işə yarayacağını düşünürlər. Çoxlarına məlumdur ki, Təhsil İdarəsində medianın xüsusi “göstəbək qrupu” mövcuddur və rəqibləri barədə kompromatları mətbuata sızdırırlar. Öz çirkin maraqlarını reallaşdırmaq üçün bu iyrənc metoddan uzun müddətdir ki, istifadə edirlər (bu barədə faktlarla, sübutlarla yaxın günlərdə geniş məlumat verəcəyik). Bu gün də həmin göstəbəklər iş başındadır və BŞTİ rəhbərliyi barəsində partizansayağı qarayaxma kompaniyası aparırlar. 

Amma, doğru bildiklərimizi deməkdən heç zaman çəkinməmişik. Yaxşıya yaxşı demək hər kişinin işidir, yaxşıya yaman deyənə meydan verməmək isə nər kişinin işidir!

Nicat Mahmudov
Rubrika.Az


Oxşar xəbərlər