Biləsuvarın “Şabaniyyə” ləqəbli başçısından yarım milyonluq “əməliyyat” - İTTİHAM
14-09-2021, 13:21
167

Biləsuvarın “Şabaniyyə” ləqəbli başçısından yarım milyonluq “əməliyyat” - İTTİHAM

Biləsuvar Rayon İcra Hakimiyyəti qəribə bir tender elan edib. Reportyor.info xəbər verir ki, mənzil fondunun təmiri işlərinin satın alınması üçün müsabiqə keçirilib. Tenderdə “Baku Building” MMC qalib gəlib.
Nəticə etibarı ilə şirkətə 590 99.88 manat, yəni yarım milyon ayrılacaq. Amma söhbət hansı mənzil fondundan gedir, niyə təmir edilir, bu suallara aydınlıq gətirilmir. Üstəgəl, yarım milyon az vəsait deyil.
Şirkətə gəlincə, bir sıra bölgələrdə yaşayış binalarının təmirini həyata keçirib. Bu dəfə Biləsuvara gedəcək. Amma Biləsuvarda vur-tut nə qədər çoxmənzilli bina var ki? Görünür, yeni təyin olunan icra başçısı Faiq Qürbətov tender maxinasiyasında siftəsini etməyə həvəslidir.
Qeyd edək ki, rayonun keçmiş başçısı Mahir Quliyev rüşvət ittihamı ilə həbs edilib. Onun dövründə Biləsuvarda heç bir quruculuq olmayıb.
Yerli sakinlər yeni icra başçısı F.Qürbətovdan idarəçilikdə yenilik gözləyirlər. O, turizm sektorunda müxtəlif vəzifələrdə çalışıb.
Bir müddət əvvəl Ziya İbrahimli adlı şəxs sosial şəbəkə hesabında icra başçısının hansı dini təriqətə etiqad göstərdiyini yazmışdı. O, iddia edirdi ki, F.Qürbətovu “Şabaniyyə” deyə tanıyırlar.
Sitat: “Şəxsi həyatı məni maraqlandırmır. Biləsuvarlılara hörmətsizliyi, saymazlığı, problemləri ilə maraqlanmamağıdır. Problemlərin həllini tələb edən vətəndaşları məhkəmə ilə hədələməsidir.
Yəqin ki, bu hədələmə işində Biləsuvar rayon məhkəməsinin sədri Rəfail Əliyevə çox güvənir. Biləsuvarlılar sabiq icra başçısı Mahir Quliyevin gedişində rayonun problemlərinin həll olunacağına ümid edirdilər. Lakin…”

Oxşar xəbərlər