Hesablama Palatası Dövlət Agentliyində və TƏBİB-də yoxlamalar aparıb
14-09-2021, 17:17
165

Hesablama Palatası Dövlət Agentliyində və TƏBİB-də yoxlamalar aparıb

Hesablama Palatası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində (İTSDA) yoxlamalar aparıb.
Bu günlərdə başa çatan audit 2019-2020-ci illəri əhatə edib.
Yoxlama İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yaradılmış “Tbbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi (TƏBİB) də əhatə edib.
Audit yaxın vaxtlarda Hesablama Palatasının Kollegiya iclasında müzakirəyə çıxarılacaq və prosedura uyğun olaraq Milli Məclisə də təqdim olunacaq.
Qeyd edək ki, TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı vəzifəsindən istefa verib. R. Bayramlının istefa ərizəsi təsdiqlənib.

Oxşar xəbərlər