Mehriban Əliyeva Yaqub Zurufçunun dəfn mərasiminə əklil göndərdi - YENİLƏNİB
15-09-2021, 13:41
146

Mehriban Əliyeva Yaqub Zurufçunun dəfn mərasiminə əklil göndərdi - YENİLƏNİB

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Əməkdar artist Yaqub Zurufçunun dəfn mərasiminə əklil göndərib.
Əklil sənətçinin məzarı önünə qoyulub.
Qeyd edək ki, Y.Zurufçu ötən gün "Yeni klinika"da koronavirusdan vəfat edib. O, bu gün “Qurd qapısı” qəbiristanlığında dəfn edilib.
***
10:52
Əməkdar artist Yaqub Zurufçunun dəfn olunacağı yer açıqlanıb.
Mədəniyyət Nazirliyinin mətbuat katibi Məryəm Qafarzadə  açıqlamasında bildirib ki, Y.Zurufçu saat 1-də Qurd Qapısında dəfn ediləcək.
Qeyd edək ki, Y.Zurufçu ötən gün "Yeni klinika"da vəfat edib.

Oxşar xəbərlər