Azərbaycan polisi Xankəndinə girən iki iranlını SAXLADI - DİN-dən AÇIQLAMA (YENİLƏNİB)
15-09-2021, 17:31
156

Azərbaycan polisi Xankəndinə girən iki iranlını SAXLADI - DİN-dən AÇIQLAMA (YENİLƏNİB)

Xəbər verdiyimiz kimi, Azərbaycan polisinin Gorus-Qafan avtomobil yolunda İrandan gələn iki yük maşınının sürücüsünü saxlanılması ilə bağlı məlumatlar yayılıb.
Məsələ ilə  bağlı açıqlama verən DİN mətbuat xidmətinin rəisi  Ehsan Zahidov bildirib ki,  saxlanlan sürücülər qanunsuz yollarla Azərbaycan ərazisinə giriblər:
"Ermənistan ərazisindən yük daşımaq məqsədi ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçən avtomobillər Azərbaycanın aidiyyatı dövlət qurumlarının əməkdaşları tərəfindən saxlanılıblar.  Həmin avtomobillərin sürücüləri  barəsində Azərbaycan Respublikasının qanunlarına uyğun müvafiq tədbirlər görüləcək".
***
17:18
Azərbaycan polisi Gorus-Qafan avtomobil yolunda İrandan gələn iki yük maşınının sürücüsünü saxlayıb.
Bu barədə erməni KİV-ləri məlumat  yayıb. 
Bildirilir ki,  Azərbaycan polisi Xankəndinə və İrəvana sement daşıyan iki iranlı sürücünü saxlayıblar.

Oxşar xəbərlər