Şuşa Türk dünyasının mədəniyyət paytaxtlığına namizəd OLDU
17-09-2021, 15:11
172

Şuşa Türk dünyasının mədəniyyət paytaxtlığına namizəd OLDU

Mədəniyyət naziri Anar Kərimov Özbəkistanın Xiva şəhərində 38-ci Nazirlər iclasında Şuşanın 2023-ci ildə "Türk dünyasının mədəniyyət paytaxtı" namizədliyini təqdim edib.
Bu barədə nazir özünün rəsmi "Twitter" səhifəsində yazıb.
"Özbəkistanın Xiva şəhərində 38-ci Nazirlər iclasında iştirak etdim və ölkəmizin təşkilatla əməkdaşlığından, Qarabağda tarixi və mədəni abidələrin dağıdılması, Vətən müharibəsindən danışdım", - deyə nazir vurğulayıb.

Oxşar xəbərlər