Türk Qızılay Cəmiyyəti Qarabağdakı uşaqlara məktəb ləvazimatları və geyim payladı
17-09-2021, 15:38
183

Türk Qızılay Cəmiyyəti Qarabağdakı uşaqlara məktəb ləvazimatları və geyim payladı

Türk Qızılay Cəmiyyəti Azərbaycanın Qarabağ bölgəsindəki 9 məktəbdə ümumilikdə 2100 şagirdə məktəb ləvazimatları və geyim yardımı edib.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə birlikdə həyata keçirilən fəaliyyət çərçivəsində Füzuli, Ağdam və Tərtər rayonlarındakı məktəblərdə təhsil alan şagirdlərə məktəb ləvazimatları və geyim paylanılıb.
Türk Qızılay Cəmiyyətinin İdarə Heyətinin üzvü Ercan Tan mətbuata açıqlamasında Türkiyənin müxtəlif bölgələrindən edilən yardımları azərbaycanlı qardaşlarına çatdırdıqlarını söyləyib.
Sentyabrın 22-də Azərbaycanda məktəblərin açılacağını və uşaqların Türkiyədən göndəriləngeyim və məktəb ləvazimatları ilə sevinclə məktəbə gedəcəklərini bildirən E.Tanqardaşlığın belə günlərdə bəlli olduğunu vurğulayıb və “Xoşbəxt günlərində onların yanında olmaq istəyirik. Yardım göndərən bütün bacı və qardaşlarımıza təşəkkür edirik”, – deyib.
O, məktəb ləvazimatlarının qələm, dəftər və rəngli karandaşlardan, geyimlərin isə ayaqqabı, çəkmə, şalvar, sviter, corab və digər paltarlardan ibarət olduğunu sözlərinə əlavə edib.

Oxşar xəbərlər