Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO
17-09-2021, 15:46
184

Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO

Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb.
Qafqazinfo xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmış büstünün video və fotolarını paylaşıb.
"Qarabağın işğalı zamanı erməni qoşunları bütün zamanların ən böyük şair və filosoflarından biri olan Nizami Gəncəvinin büstünü təhqir ediblər", - Diqqəti yazıb.
Fotoqraf qeyd edib ki, 2021-ci ildə dahi şairin anadan olmasının 880 illiyi tamam olur.
Onun sözlərinə görə, hələ XVII əsrdə fransız şərqşünası Bartelemi de Molenvil Avropaya Gəncəvinin qeyri-adi gözəl poeziyası haqqında danışıb.
 R. Diqqətinin çəkdiyi görüntüləri təqdim edirik:

Oxşar xəbərlər