Keçmiş prezident koronavirusdan vəfat etdi - Hindistanda
31-08-2020, 22:12
214

Keçmiş prezident koronavirusdan vəfat etdi - Hindistanda

Hindistanın keçmiş prezidenti Pranab Mukherci koronavirusdan vəfat edib.
Bakıtv.az-ın xarci KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə onu oğlu bildirib. 
Avqustun 10-da Mukhercinin yeni növ koronavirusa yoluxduğu bildirilmiş və o, xəstəxanaya yerləşdirilmişdi. Həkimlər onun komada olduğunu və süni tənəffüs aparatına qoşulduğunu bildirmişdi. 
Qeyd edək ki, Pranab Mukherci 2012-2017-ci illərdə Hindistanın prezidenti olub. O, müxtəlif illərdə hökumət kabinetində Xarici İşlər naziri, Maliyyə naziri postlarında çalışıb.

Oxşar xəbərlər