Koronavirusa yoluxan Səyyad Əlizadənin vəziyyəti yaxşılaşır
20-09-2021, 14:45
153

Koronavirusa yoluxan Səyyad Əlizadənin vəziyyəti yaxşılaşır

Koronavirusa yoluxan müğənni Səyyad Əlizadənin vəziyyəti yaxşılaşır.
 APA xəbər verir ki, bu barədə müğənninin qohumu Razim Qarayev məlumat verib. O bildirib ki, sənətçinin koronavirusa yoluxan həyat yoldaşı da sağalıb: “Səyyad bəyin səhhəti yaxşılığa doğru gedir. Qızdırması da düşüb. Yoldaşı isə bu gün xəstəxanadan çıxıb”.
Qeyd edək ki, koronavirusa yoluxan Səyyad Əlizadə bir neçə gün öncə Mərkəzi Gömrük hospitalına yerləşdirilib və ECMO cihazına qoşulub.

Oxşar xəbərlər