COVID pasportu olmayan marşrut sürücüləri reysə buraxılmayacaq - RƏSMİ
21-09-2021, 14:12
157

COVID pasportu olmayan marşrut sürücüləri reysə buraxılmayacaq - RƏSMİ

"Oktyabrın 1-dən koronavirus əleyhinə vaksinin hər iki dozasını qəbul etməyən marşrut sürücüləri reysə buraxılmayacaq”.
Bunu açıqlamasında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova deyib.
 
O vurğulayıb ki, Nazirlər Kabinetinin 2021-ci il 26 iyul tarixli 229 nömrəli Qərarına əsasən, COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatının tələb olunduğu iş və xidmət sahələrinə avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti daxildir:
"Bu səbəbdən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən qərarın icrasının təmin olunması ilə bağlı bütün daşıyıcı şirkətlərə xəbərdarlıq edilib. Oktyabrın 1-dən etibarən immun sertifikatı və COVID-19 pasportu olmayan sürücülər aşkarlanarsa, həmin sürücülərin reysdə iştirakına icazə verilməyəcək”.

Oxşar xəbərlər