Bursada Azərbaycanın Milli Qəhrəmanının adını daşıyan park açıldı - Foto
21-09-2021, 23:36
170

Bursada Azərbaycanın Milli Qəhrəmanının adını daşıyan park açıldı - Foto

Türkiyənin Bursa şəhərində Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik-leytenant Şirin Mirzəyevin adını daşıyan parkın açılışı olub.
Bunu Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Vəsilə Vahidqızı bildirib.
Tədbirdə Milli Qəhrəmanın həyat yoldaşı, keçmiş deputat Flora Qasımova, Bursa bələdiyyəsinin nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.
Qeyd edək ki, Ş.Mirzəyev 1947-ci il yanvarın 5-də Xankəndində anadan olub. O, 1992-ci ilin iyunun 18-də Ağdam rayonun Sırxavənd istiqamətində gedən döyüş əməliyyatı zamanı minaya düşərək həlak olub. 1994-cü ildə "Azərbaycanın Milli Qəhrəmanı" adı ilə təltif edilib.

Oxşar xəbərlər