Jurnalist Elnur Əşrəfoğlunun SON DURUMU
22-09-2021, 14:08
191

Jurnalist Elnur Əşrəfoğlunun SON DURUMU

Koronavirusa yoluxan Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibinin müavini, tanınmış idman şərhçisi Elnur Əşrəfoğlunun son vəziyyəti açıqlanıb.
"Yeni Klinika"dan verilən məlumata görə, tanınmış jurnalist Elnur Əşrəfoğlunun vəziyyəti ağır-stabil olaraq qalır:
"Fasiləsiz böyrək əvəzedici terapiya olunur və ECMO ilə orqanizm dəstəklənir".
Qeyd edək ki, Elnur Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra "Yeni Klinika"ya köçürülüb.

Oxşar xəbərlər