Müəllimlərin əmək haqqı necə hesablanacaq?
22-09-2021, 19:33
155

Müəllimlərin əmək haqqı necə hesablanacaq?

Təhsil Nazirliyi xüsusi karantin rejimi dövründə müəllimlərin əmək haqqının yeni qaydada necə hesablanacağına aydınlıq gətirib.
APA xəbər verir ki, Təhsil Nazirliyindən hazırda yalnız əyani tədrisin həyata keçirilməsi nəzərdə tutulduğuna görə müəllimlərin əməkhaqqının ənənəvi formada hesablanacağı bildirilib.
Qeyd edək ki, Nazirlər Kabinetinin 21 sentyabr 2021-ci il tarixli qərarı ilə “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nda etdiyi dəyişikliyə əsasən, təhsil verənlərə əməkhaqqının hesablanmasında distant (məsafədən) formada tədris edilən dərs yükü nəzərə alınması (4.2.2) ilə bağlı bənd ləğv olunub.

Oxşar xəbərlər