“Universitet rəhbərliyi kollec məzunlarından 1000 manat tələb edir”
23-09-2021, 14:55
147

“Universitet rəhbərliyi kollec məzunlarından 1000 manat tələb edir”

“Odlar Yurdu” Universitetinin bazasında fəaliyyət göstərən eyniadlı kollecin tələbələri etiraz edir.
Bizimyol.info xəbər verir ki, kollecin 3-cü kurs tələbələrinin ünvanladığı müraciətdə bildirilir ki, onlar, 2018-ci ildə “Odlar Yurdu” Universitetinin bazasında fəaliyyət göstərən eyniadlı kollecə qəbul olub, (XI illik təhsil bazası üzrə) 3 il ərzində “Peşə təlimi və Kompüter şəbəkələrinin və hesablama texnikasının təmiri və servis xidməti ixtisası” üzrə ödənişli əyani təhsil alıblar. Ancaq Universitetin rəhbərliyi Subbakalavr Diplomunda yalnız “Peşə təlimi” ixtisasının qeyd ediləcəyini bildirir.

Tələbələr isə bildirirlər ki, 2018-ci ildə kollecə qəbul ərizəsi yazan zaman ixtisas seçimində və 3 il ərzində hər il 900 manat olmaqla ümumilikdə kollecə 2700 manat təhsil haqqı ödəyən, ödəniş kağızlarında da həmin ixtisasın adı eynilə qeyd edilib. Buna baxmayaraq, universitetin rəhbərliyi diplomda “Kompüter şəbəkələrinin və hesablama texnikasının təmiri və servis xidməti ixtisası”nın da qeyd edilməsi üçün onların əlavə 1 il də təhsil almalarını və 1000 manat ödəniş etmələrini tələb edir.

Məsələ ilə bağlı “Odlar Yurdu” Universiteti ilə əlaqə saxlamağa çalışsaq da cəhdlərimiz uğursuz oldu. Qarşı tərəfin cavabını dərc etməyə hazırıq.

Oxşar xəbərlər