Universitetlərdə dərs saatları azala bilər - RƏSMİ
23-09-2021, 17:35
160

Universitetlərdə dərs saatları azala bilər - RƏSMİ

Təhsil Nazirliyi universitetlərdə dərs saatının 80 dəqiqə olmasını təklif edib.
APA məlumat verir ki, bu barədə Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli deyib. O bildirib ki, dərslərin fasiləsiz olduqda 80 dəqiqə, əks halda 45 dəqiqə olması universitetlərin verəcəyi qərardır:
 
"Amma biz tövsiyə etmişik ki, 80 dəqiqəlik dərslər olsun. Bu da çölə çıxmaların və təmasların sayının az olması ilə əlaqədardır. Yəqin ki, belə davam eləsək, 80 dəqiqəlik dərslər olacaq".

Oxşar xəbərlər