Azərbaycanda əhalinin sayı açıqlandı: Qadınlar kişiləri üstələdi
23-09-2021, 21:56
263

Azərbaycanda əhalinin sayı açıqlandı: Qadınlar kişiləri üstələdi

Ölkə əhalisinin sayı 10 milyon 142 min 392 nəfərə çatıb. 
Dövlət Statistika Komitəsindən verilən məlumata görə ilin əvvəlindən avqustun 1-dək əhalinin sayı 23 min 259 nəfər artıb.
Bu say əhalinin 0,2 faizini təşkil edir. 
Əhalinin 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlardır.
53 faizinin şəhər, 47 faizinin isə kənd sakinləri olduğu məlum olub.
Yanvar-iyul aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 64 min 149 doğulan körpə qeydə alınıb, bu göstərici, əhalinin hər 1000 nəfərin 11-i təşkil edir. 
Doğulanların 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqları olub.

Oxşar xəbərlər