Fəsil dəyişikliyinin COVİD-19-a hansı təsiri var? - Həkimdən açıqlama
24-09-2021, 23:07
149

Fəsil dəyişikliyinin COVİD-19-a hansı təsiri var? - Həkimdən açıqlama

“Hava şəraiti və fəsil dəyişkənliyinin Covid-19-a təsiri yoxdur”. 
Bu sözləri açıqlamasında infeksionist Nazxanım Qasımova söyləyib. O bildirib ki, immun sistemi zəif olanlar qripə və digər viruslara daha tez yoluxur:
“Koronavirusun başlanğıcından bu günə qədər müşahidə etsək görərik ki, hava və fəsillərin virus üçün o qədər də ciddi önəmi yoxdur. Covid-19 pandemiyası bütün dünyanı əhatə edib, hətta ən isti materik olan Afrikada da yayılıb. Covid-19-un yayılmasına nə isti, nə də soyuq hava təsir edir.
Koronavirusdan qorunma mexanizmi dəyişmədən qalır. Maskadan istifadə, əllərin sabunlanması, dezinfektan vasitələrdən istifadə edərək özümüzü qoruya bilərik”.
İnfeksionist payız aylarında necə qidalanmağımız haqqında da danışıb:
“Payız fəslində bol-bol meyvə, tərəvəz yemək,  idmanla məşğul olmaq, təmiz havada piyada gəzmək vacibdir. Polivitaminlər qəbul edilə bilər. Xüsusi qorunma üsulu yoxdur”.

Oxşar xəbərlər