Heydər Əliyev Fondu Elnur Əşrəfoğlunun müalicəsini nəzarətə götürüb
28-09-2021, 15:43
178

Heydər Əliyev Fondu Elnur Əşrəfoğlunun müalicəsini nəzarətə götürüb

Koronavirusa yoluxan tanınmış jurnalist, Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlunun müalicəsi ilə bağlı vəziyyəti Heydər Əliyev Fondu nəzarətə götürüb.
APA xəbər verir ki, koma vəziyyətində olan Elnur Əsrəfoğlu hazırda “Yeni Klinika”da EKMO aparatına qoşulub. Anası Zöhrə Hüseynova Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət edərək Elnur Əşrəfoğlunun müalicəsi ilə bağlı müvafiq köməyin göstərilməsini xahiş edib.
Fond hazırda Elnur Əsrəfoğlunun müalicəsi ilə bağlı bütün zəruri tədbirlərin görülməsi üçün dəstək göstərir.

Oxşar xəbərlər