Səyyad Əlizadənin vəziyyəti necədir?
30-09-2021, 12:43
174

Səyyad Əlizadənin vəziyyəti necədir?

Yeni növ koronavirusa (COVID-19) yoluxan müğənni Səyyad Əlizadənin vəziyyəti stabil  olaraq qalır. 
Bu barədə qohumu Razim Qarayev məlumat verib. Onun sözlərinə  görə, müğənni  hələ də  EKMO cihazına qoşuludur.  
"Həkimlərlə  daimi əlaqə saxlayırıq.  Onlar  bildirirlər ki, müğənninin səhhətində heç bir dəyişiklik yoxdur. Temperaturu bəzən olur,  bəzən də  olmur". 
Qeyd edək ki,  bir müddət  əvvəl koronavirusa yoluxan Səyyad Əlizadə Mərkəzi  Gömrük  hospitalında müalicə  alır.

Oxşar xəbərlər