BDU-nun dosenti vəfat etdi (FOTO)
30-09-2021, 15:44
173

BDU-nun dosenti vəfat etdi (FOTO)

Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin Biofizika və biokimya kafedrası dosenti, biologiya elmləri namizədi Qafar İslam oğlu Əlizadə vəfat edib.

Universitetdən verilən xəbərə görə, 67 yaşında dünyasını dəyişən Q.Əlizadə 1971-1976-cı illərdə BDU-nun Kimya fakültəsində təhsil alıb.

1989-cu ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayıb. Hüceyrə biofizikası və biotexnologiyası - ətraf mühit amillərinin müxtəlif diapazonlu elektromaqnit şüaları və ozonun ardıcıl qarşılıqlı təsirinə qarşı birhüceyrəli sistemlərin davamlığı və biotexnologiyanın fotobioenergetik problemləri istiqamətində tədqiqat işi aparıb./APA

Oxşar xəbərlər