Hökumət vahid büdcə təsnifatı ilə bağlı yeni qərar verdi
1-09-2020, 21:05
252

Hökumət vahid büdcə təsnifatı ilə bağlı yeni qərar verdi

Nazirlər Kabineti “Vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 11 oktyabr 2018-ci il tarixli qərarına dəyişiklik edib.
Baş Nazir Əli Əsədovun qərarına əsasən, Şəhərsalma və Tikinti Məcəlləsinin 11.5-ci maddəsinə əsasən tikinti fəaliyyəti sahəsində göstərilən xidmətlərdən daxilolmalar, eləcə də şəhərsalma və tikinti qanunvericiliyinin pozulmasına görə tətbiq edilən cərimələrdən daxilolmalar vahid büdcə təsnifatına daxil edilib.

Oxşar xəbərlər