Nişan mərasimində tələbləri pozan ev sahibi cərimələndi
1-10-2021, 13:27
321

Nişan mərasimində tələbləri pozan ev sahibi cərimələndi

Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri zamanı fərdi evdə təşkil edilən nişan mərasimində karantin qaydalarının pozulması halları aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun Danaçı kəndində İbrahim Diniyevə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində keçirilən nişan mərasimində dəvət edilən qonaqlardan bir neçəsinin COVID-19 pasportu olmadığı müəyyən olunub.
Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar ev sahibi İ.Diniyev inzibati məsuliyyətə cəlb edilib və o, 300 manat məbləğində cərimələnib.

Oxşar xəbərlər