Vətən müharibəsindəki cinayətlərinə görə 24 erməni beynəlxalq axtarışa verilib - Baş prokuror
1-10-2021, 14:54
258

Vətən müharibəsindəki cinayətlərinə görə 24 erməni beynəlxalq axtarışa verilib - Baş prokuror

Vətən müharibəsi dövründə azərbaycanlılara qarşı törədilən cinayətlərlə bağlı 24 nəfər erməni beynəlxalq axtarışa verilib.

Trend bildirir ki, bunu cümə günü jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib. O bildirib ki, həmin hadisələrlə bağlı ümumilikdə 76 cinayət işi başlanılıb:

"Onlardan 39-u mülki əhaliyə qarşı törədilmiş cinayətlərlə bağlıdır. Bildiyiniz kimi, Vətən müharibəsində mülki əhaliyə qarşı törədilmiş cinayətlər daha çoxdur. Bu istiqamətdə işlərimiz davam etdirilir".

Baş prokuror deyib ki, Birinci Qarabağ müharibəsi və eləcə də atəşkəs dövründə hərbçilərimizə qarşı törədilmiş cinayətlərlə bağlı da axtarışa verilənlər var: "Onların da sayı 300-ə yaxındır".

Oxşar xəbərlər