Səyyad Əlizadə dəfn olundu - YENİLƏNİB
1-10-2021, 15:13
239

Səyyad Əlizadə dəfn olundu - YENİLƏNİB

Ötən gecə koronavirusdan vəfat edən tanınmış müğənni Səyyad Əlizadə dəfn olunub.
Mərhum Füzuli rayonunun Şıxbabalı kəndində valideynlərinin yanında torpağa tapşırılıb. 
***
08:31
Tanınmış müğənni Səyyad Əlizadə Füzuli rayonunda dəfn ediləcək.
Bu barədə müğənninin kürəkəni Razim Qarayev məlumat verib.
O bildirib ki, S.Əlizadə Füzulidə ana və atasının məzarı yanında dəfn olunacaq.
Qeyd edək ki, S.Əlizadə dünən gecə koronavirusdan müalicə aldığı Mərkəzi Gömrük Hospitalında vəfat edib.

Oxşar xəbərlər