Azərbaycanda ölənlərin sayı 66 ildən sonra rekord səviyyəyə yüksəlib
1-10-2021, 20:37
179

Azərbaycanda ölənlərin sayı 66 ildən sonra rekord səviyyəyə yüksəlib

Ötən il Azərbaycanda 75 min 647 ölüm qeydə alınıb.
Rəsmi məlumatlar bildirir ki, əvvəlki illə müqayisədə ölən insanların sayı 19 min 716 nəfər artıb. Belə ki, 2019-cu ildə Azərbaycanda 55 min 916 nəfər ölüb.
Məlumat üçün qeyd edək ki, 1935-ci ildən etibarən açıqlanan rəsmi statistikaya görə son 86 il ərzində ən yüksək ölum sayı 2020-ci ildə qeydə alınıb. 
Azərbaycanda hər min nəfərə düşən ölüm səviyyəsi isə ötən il 7,6 olub. Ölüm səviyyəsi sonuncu dəfə 66 il əvvəl - 1955-ci ildə bu həddə olub. Son 86 ildə Azərbaycanda ən yüksək ölüm səviyyəsi 1942-ci ildə qeydə alınıb. 1942-ci ildə Azərbaycanda hər min nəfərə düşən ölüm səviyyəsi 17,6 (52 min 993 nəfər) olub.

Oxşar xəbərlər