Azərbaycanın tanınmış sənətçisi 59 yaşında vəfat etdi - FOTO
3-10-2021, 10:49
186

Azərbaycanın tanınmış sənətçisi 59 yaşında vəfat etdi - FOTO

Bir vaxtlar "Qarabağ bülbülləri"nin solisti olmuş İzahat Cəfərov 59 yaşında vəfat edib.
Bu barədə APA-ya mərhumun qohumları məlumat verib.
Allah rəhmət eləsin!
Qeyd edək ki, Qarabağ bülbülləri" ansamblının bədii rəhbəri və yaradıcısı Murad Rzayev olub. Ansambl dünyanın əksər ölkələrində Azərbaycanı mahnı festivallarında təmsil edərək, 40 qızıl medal, 100-dən cox fəxri fərman alıb, 12 sənədli və bədii filmdə çəkilərək Zaqafqaziya Ümumittifaq və Beynəlxalq Festivallar Laureatı adına layiq görülüb.
1977-ci ildə isə Xamis Muradovun rejissorluğu ilə sözügedən kollektiv ilə bağlı ilk sənədli filim də çəkilib. Bu filmdə "Qarabağ bülbülləri"nin 4 üzvü: Tacir Şahmalıoğlu, İzahat Cəfərov, İlhamiz Paşayev, Nazim Zeynalov haqqında danışılır.

Oxşar xəbərlər