Cəmiyyət
4-10-2021, 18:27
167
AZAL-dan şübhəli tenderlər – 2 aylıq şirkətdən pazvari kəmər alır...
“Azərbaycan Hava Yolları” (AZAL) QSC tərəfindən keçirilən 3 müxtəlif tenderin (Kotirovka sorğuları) qalibləri yeni yaranan şirkətlər olub.
Yeniavaz.com xəbər verir ki, tenderlərin ümumi dəyəri 52 min 921 manat 70 qəpik təşkil edir.
AZAL bir ədəd kompressor (model: FCYE 450-A) üçün "TER-FON AS LTD" MMC-yə 5 520 manat, “DuPont” markalı frion qazı (1001,55 kq) qazı üçün "VIPER" MMC-yə 22 561,02 manat, müxtəllif ölçülərdə olan pazvari qayışlar (1678 ədəd) üçün "ZOOMG" MMC-yə 24 840,68 manat ödəyəcək.
Tenderlə bağlı diqqət çəkən məqam odur ki, "TER-FON AS LTD" MMC tender elanından 3 ay, "VIPER" MMC bir ay, "ZOOMG" MMC isə iki ay əvvəl yaranıb.
Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinin 2-ci bəndində açıq şəkildə yazılır ki, satınalma prosedurlarında iştirak etmək üçün malgöndərənlərin (podratçıların) ixtisas göstəriciləri aşağıdakı meyarlara uyğun gəlməlidir: Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi, etibarlığı.