Azərbaycanda ata-ana 2 yaşlı oğlunu qonşuya atıb qaçdı
5-10-2021, 13:52
170

Azərbaycanda ata-ana 2 yaşlı oğlunu qonşuya atıb qaçdı

Azərbaycanda valideynlər qəribə bir yola əl atıblar. Belə ki, ailə 2 yaşlı oğlan uşağını qonşuya müvəqqəti baxması üçün verib və götürmək üçün geri qayıtmayıblar.  
Bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova xəbər verib. 
Qonşu bildirib ki, neçə gündür valideynləri uşağı gəlib götürməyiblər. Buna görə də, qonşu uşağın atasına zəng edib. Atası deyib ki, mənə uşaq lazım deyil. Anaya isə zəng çatmır.
Qonşu isə artıq balacaya baxa bilmədiyi üçün sığınacağa gətirib. 
Hazırda uşağın vəziyyəti normaldır. 
Qeyd edək ki, uşaq bu gün səhər saat 10-11 radələrində polis vasitəsilə sığınacağa gətirilib. Məsələ ilə bağlı bütün dövlət qurumlarına məlumat verilib. 

Oxşar xəbərlər