Xalq artisti dəfn edildi - YENİLƏNİB
5-10-2021, 14:05
198

Xalq artisti dəfn edildi - YENİLƏNİB

Xalq artisti Vaqif Şərifov Gəncə şəhər Fəxri xiyabanında dəfn edilib. 
Mərasimdə mərhumun ailə üzvləri, incəsənət xadimləri şəhər ictimaiyyəti və tanınmış aktyorlar iştirak ediblər.
***
08:04
Gəncə Dövlət Dram Teatrının rejissoru, Respublikanın Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, “Qızıl Dərviş” mükafatı laureatı Vaqif Abdulla oğlu Şərifov bu gün səhər saatlarında vəfat edib.
78 yaşlı Xalq artistinin səhhətində ciddi problem yarandığı üçün Gəncə şəhər 3 saylı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Oxşar xəbərlər