Yeniyetmələrin vaksinasiyası: Yan təsir riski var? – TƏBİB-dən şərh
6-10-2021, 12:56
179

Yeniyetmələrin vaksinasiyası: Yan təsir riski var? – TƏBİB-dən şərh

Azərbaycanda yeniyetmələrə vaksin vurulmasına başlanılır. Səhiyyə Nazirliyi Azərbaycanda 12-15 yaşı tamam olmuş yeniyetmələrə koronavirus xəstəliyinə qarşı "mRNT Pfizer" peyvəndi vurulacağını açıqlayıb. Bundan narahat olanlar da var, təqdir edənlər də. Əksəriyyət düşünür ki, peyvənd yeniyetməlik dövründə olan uşaqlara bu əks-təsir göstərə bilər.
TƏBİB İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri Akif Qurbanov açıqlamasında yeniyetmələrin vaksinasiyasının məcburi olmadığını vurğulayıb:
“Həmin yaş qruplarının vaksinasiyası məcburi deyil. Göstərişlər əsasında vurulacaq. Bu ona görə aktuallaşıb ki, bəzi hallarda 12 yaşdan yuxarı yeniyetmələr xarici səfərlərə gedəndə çətinlik çəkirlər. Azərbaycanda da 12-18 yaş arası şəxslər vaksinasiya oluna bilər.
Ola bilər ki, 12-18 yaşında hər hansı bir uşaq, yeniyetmə xarici ölkələrə səfər edib, orada oxuyacaq. O zaman həmin şəxs üçün peyvənd pasportu lazım olacaq. “Pfizer” vaksini də 12-18 yaşdan yuxarılara vurula bilər”.
Akif Qurbanovun sözlərinə görə, bu, valideynlərin ümumi icazəsi ola biləcək bir məsələdir:
“Ata-ananın razılığı ilə vaksinasiyaya icazə veriləcək. Bu məsələlər hələ müzakirə mövzusudur. Vurularkən ata-ananın razılığı, vaksinasya səbəbi göstərilməlidir. İcbarilik yoxdur. Ancaq istək və valideynlərin razılığı. Məqsəd yalnız vətəndaşların işlərini yüngülləşdirməkdir”.

Oxşar xəbərlər