“Fulya“ filmi təqdim edildi
6-10-2021, 14:20
172

“Fulya“ filmi təqdim edildi

Türkiyədə jurnalist Fulya Öztürkün fəaliyyətindən bəhs edən “Fulya” filminin qala gecəsi baş tutub.
Sənədli film oktyabrın 8-dən etibarən Türkiyədə kinoteatrlarda nümayiş olunacaq.
Filmin qalasına Fulya Öztürk, CNN kanalının operatoru Halil Kahraman, aktyor Hakan Bilgin, Azərbaycandan aktrisa Pərvin Abıyeva və başqa məşhurlar qatılıblar.
Filmdə vətən müharibəsi dövründə müharibənin acı həqiqətləri Fulya Öztürk vasitəsilə dünyaya çatdırılıb.
Çəkilişlər Gəncə, Tərtər və Şuşada baş tutub.

Oxşar xəbərlər