"Paşinyan birdən-birə radikal addımlar atmaq istəmir, amma..." - Deputat
6-10-2021, 15:24
210

"Paşinyan birdən-birə radikal addımlar atmaq istəmir, amma..." - Deputat

"Təəssüf ki, Nikol Paşinyanın Azərbaycan Prezidenti ilə yüksək səviyyədə görüşmək istəyilə bağlı açıqlamasında qəbul olunmayacaq məqamlar da yer alıb". 

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov Paşinyanın mina xəritələrini Azərbaycanda qanunsuz əməllərinə görə həbs edilən erməni diversantları ilə dəyişmək qarşılığında Azərbaycan Prezident iilə görüşmək istəyini ortaya qoymasına münasibət bildirərkən deyib.

"O, yenə də erməni "hərbi əsirlər"dən danışır. Mina xəritələrinin verilməsi qarşılığında erməni "hərbi əsirlər"in qaytarılması məsələsini qaldırır. Halbuki, Azərbaycanda erməni hərbi əsir yoxdur. Beynəlxalq konvensiyalarda kimlərin hərbi əsir adlana biləcəyi tam şəkildə öz əksini tapıb. 10 noyabr üçtərəfli bəyannaməsindən sonra artıq erməni hərbi əsirlərdən söhbət gedə bilməz. Onlar diversant və terrorçulardır. Paşinyan da qoy onları öz adları ilə çağıraraq bildirsin ki, erməni diversant və terrorçuların geri qaytarılmasını istəyir. Mina xəritələrilə bağlı Azərbaycan Prezidenti dəfələrlə qeyd edib ki, həmin xəritələrin dəqiqlik dərəcəsi 25 faizdir", deyə Elman Nəsirov əlavə edib.
 


Deputat qeyd edir ki, Paşinyan bu sayaq ritorik məsələləri qaldırsa da, onun reallaşma əmsalının "sıfıra” bərabər olduğunu özü də gözəl bilir: 

"Paşinyan gərgin dövrə daxil olur. "Qarabağ klanı” onu aradan götürmək istəyir. Paşinyan da anlayır ki, bu klanı və onun hərbi qanadını susdurmasa, onu məhv olmaq təhlükəsi gözləyir. Bu baxımdan keçmiş müdafiə naziri Tonoyanın həbsi təsadüfi sayılmamalıdır. Qarşıda Ohanyan və digərlərinin də həbsi gözlənlir. Habelə Serj Sarkisyanla Robert Koçaryanın həbsi də labüddür. Bunu görən "Qarabağ klanı” da Paşinyana qarşı bütün cəbhə boyu hücuma keçmək istəyir. Amma həmin klan özünün zəif olduğunu da dərk edir. Bu reallıqlar fonunda Paşinyan birdən-birə radikal addımlar atmaq istəmir. Amma eyni zamanda, qonşularla əməkdaşlığın alternativinin olmadığının da fərqindədir”. 

Həmsöhbətimizin fikrincə, Ermənistanən baş naziri sadəcə situasiyanı, daxili auditoriyanı nəzərə alaraq belə absurd bəyanatlar verib: 

"Hər halda zaman Azərbaycanın xeyrinə işləyir. Hesab edirəm ki, Azərbaycanla yüksək səviyyəli görüşlərin ardınca Paşinyan daxildə kadr dəyişikliyi və həbs dalğasını daha da genişləndirəcək. Eyni zamanda, Azərbaycanla əməkdaşlıq istiqamətində də konkret addımlar atılacaq”.

Oxşar xəbərlər