Prezident İlham Əliyevin tapşırıqlarına əsasən Şuşa şəhərinin dayanıqlı içməli su təchizatının təmin olunması məqsədilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni layihə icra olunur.
Şuşa şəhəri işğaldan azad olunduqdan sonra təxirəsalınmaz tədbirlər görülərək şəhərə suyun verilməsi və həyati əhəmiyyətli obyektlərin su təchizatı təmin edilib. Bunun ardınca içməli su təchizatı sistemlərinin əsaslı şəkildə yenidən qurulmasına başlanılıb.
İşğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahından verilən məlumata görə, Şuşa şəhərini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə layihənin birinci mərhələsi çərçivəsində magistral su kəməri və anbarların tikintisi, həmçinin şəhərdaxili şəbəkənin bir hissəsinin yenidən qurulması nəzərdə tutulur. Hazırda 1980-ci illərdə çəkilmiş Kiçik Kirs-Şuşa magistral su kəmərinin istismara yararsız 5,3 km-lik hissəsinin polad borularla dəyişdirilməsi işləri davam etdirilir. Avqust ayında icrasına başlanılmış layihəyə uyğun olaraq qısa müddətdə magistral kəmər üzrə planlaşdırılan işlərin 50 faizi yerinə yetirilib. İlk növbədə kəmərin Zəfər yolu və elektrik yarımstansiyasının ərazisindən keçən hissəsi inşa olunub. Hazırda magistral xəttin tikintisi mürəkkəb relyef şəraitində, texnikanın çətin hərəkət etdiyi ərazilərdə, eyni zamanda 2 nöqtədə paralel olaraq aparılır.
Qayalıq ərazidə əvvəlcə xüsusi texnikanın sərbəst hərəkəti üçün trassa salınır ki, buradan həm də gələcəkdə istismar yolu kimi istifadə olunacaq. Kəmərin keçəcəyi ərazilərdə xüsusi texnikalardan istifadə olunmaqla qayalıqlar yarılaraq xəndəklər qazılır və tikinti normalarına uyğun olaraq qumla doldurularaq hazır vəziyyətə gətirilir, sonra borular xəndəklərə yerləşdirilərək qaynaq edilir. Texniki tələblərə uyğun olaraq hər bir qaynaq tikişi yoxlanılır, korroziyadan qorumaq üçün qaynaq edilmiş hissələr izolyasiya olunur. Gələcəkdə ərazidə qazıntı aparılacağı təqdirdə kəmərin zədələnmə risklərini nəzərə alaraq bütün marşrut boyu xəbərdaredici lentlər çəkilir.
Şuşa şəhərinin dayanıqlı su təminatı üçün layihənin birinci mərhələsində şəhər ərazisində hər birinin tutumu 500 kubmetr olan 2 su anbarı tikiləcək, şəhərdaxili şəbəkənin 6 km-lik hissəsi yenidən qurulacaq.
Bu mərhələ üzrə işlərin cari ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur.
Layihənin növbəti mərhələsində Baş Plana uyğun olaraq şəhərin içməli və tullantı su şəbəkələri tamamilə yenidən qurulacaq, tullantı suların optimal idarəedilməsi və təmizlənib zərərsizləşdirilməsi məqsədilə tullantı sutəmizləyici qurğu inşa ediləcək.
Gələcəkdə Şuşa şəhərində əhalinin məskunlaşması və turizmin inkişaf perspektivləri nəzərə alınaraq Zarıslı çayından alternativ su mənbəyi kimi istifadə edilməsi nəzərdən keçirilir. Bununla əlaqədar “Azərsu” ASC-nin “Sukanal” Elmi Tədqiqat və Layihə İnstitutu tərəfindən tədqiqat və layihə işlərinə başlanılıb. İlkin qiymətləndirmələrə əsasən Zarıslı çayının məcrasında suqəbuledici qurğu, su anbarı tikiləcək, quraşdırılacaq nasos stansiyası ilə su Şuşa şəhərinə nəql olunacaq.
Qeyd edək ki, Şuşa şəhəri işğaldan azad olunduqdan sonra “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər çərçivəsində 2020-ci il noyabrın 25-də Kiçik Kirs mənbəyindən, dekabrın 20-də isə Zarıslı mənbəyindən şəhərə içməli suyun verilməsi təmin edilib. Bununla paralel olaraq şəhərdaxili şəbəkədə tənzimləmə işləri aparılıb və ötən ilin noyabr ayından etibarən şəhərdə fasiləsiz xidmət təşkil edilib.
Oxşar xəbərlər
Son Xəbərlər
-
09:00
ŞƏHİD ƏMANƏTLƏRİNƏ TƏŞƏKKÜR SÜFRƏSİ… - Cəlal Qurbanov: “Şəhid ailələri bizim ən dəyərli ünvanımızdır!” / Video, Foto
-
03:10
Cavanşir Qurbanov Prezident tərəfindən təltif edildi-FOTOLAR/VİDEO
-
02:29
Cəlal Qurbanov Novruz bayramı münasibəti ilə Səmayə ananın timsalında bütün Şəhid Analarını təbrik edib
-
14:43
Cəlal Qurbanov- 44 YAŞ
-
18:35
Şəhid əmanətlərinin Novruz tonqalı Şahdağda qalandı
-
18:39
Bakıda sıfır dərəcəyə yaxın şaxta olub, qar yağır - FAKTİKİ HAVA
-
18:36
Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsi Səudiyyə Ərəbistanının nüfuzlu xəbər saytında dərc olunub
-
18:28
Hərbi qulluqçuların asudə vaxtı səmərəli təşkil olunur
-
18:23
Ərdoğanın sədrliyi ilə təhlükəsizlik toplantısı keçirilir
-
18:12
Azərbaycan Belarusdan taxta-şalban idxal edən ölkələr sırasında ilk üçlükdədir
-
18:09
Nigerdə silahlıların hücumu nəticəsində 3 nəfər həlak olub
-
18:05
Türkiyədə sosial şəbəkələrdə terrorçuların təbliğatını aparan 110 nəfər müəyyən edilib - YENİLƏNİB
-
18:02
BMT-nin helikopteri Afrikada qəzaya uğrayıb
-
18:00
“Moody's”: “Türkiyədə inflyasiya ilin ikinci yarısında yavaşlamağa başlayacaq”
-
17:56
Emre Can ilin ən yaxşısı seçildi
-
17:49
"Neftçi" Türkiyədəki ikinci yoxlama oyununda məğlub olub
-
17:44
Tayvan administrasiyasının yeni seçilən başçısı Çinlə dialoq istədiyini bildirib
-
17:39
Sürücülük təcrübəsi az olan şəxslərə xəbərdarlıq edildi
-
17:25
Yaponiyada şüşəsi çatlayan təyyarə məcburi eniş edib
-
17:21
Aygün Bəylər qızına bunları demişdi...
-
17:17
Göygöldə "Mercedes" yandı
-
17:14
Elza Seyidcahanın papağını LAĞA QOYDU - FOTO
-
17:05
İsrail ordusu HƏMAS-ın komanda mərkəzi və qərargahının məhv edildiyini açıqlayıb
-
17:02
Bayden Husiləri terrorçu adlandırdı
-
16:58
Fransada Xan qızına görə etiraz aksiyası keçirilir
-
16:52
Şəkidə iki mərtəbəli evdə yanğın olub
-
16:46
Məzahir Pənahov MSK-nın veb-kameralar quraşdırıldığı 1000 seçki məntəqəsində yanğın təhlükəsizliyi kameralarının olmamasını vacib sayıb
-
16:43
Sürücülük təcrübəsi az olan şəxslərə xəbərdarlıq edilib
-
16:37
Növbədənkənar Prezident seçkilərini izləmək istəyən müşahidəçilərin sayı açıqlanıb
-
16:34
Seçkiqabağı təşviqatın aparılması üçün 22 gün vaxt verildi
-
16:31
Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 220 nəfərə çatıb
-
16:27
DYP: "Sürücülərin buz bağlayan yollarda avtomobil idarə etməmələri tövsiyə olunur"
-
16:20
Nyu-York küçələrində görüntüləndi
-
16:13
FIFA Braziliya və Argentinanı cərimələyib
-
16:09
Tramp əsassız məhkəmə iddiası ilə bağlı təzminat verəcək
-
16:06
Anasının yeriyə bilmədiyini deyib ağladı
-
16:02
“Jewish Journal”: “Ermənistanda sinaqoqun yandırılması antisemitizmlə bağlı yeganə əlamət deyil”
-
15:57
Yanvarın 14-16-da yollar buz bağlayacaq - Xəbərdarlıq
-
15:53
"Neftçi" bu gün Almaniya klubu ilə üz-üzə gələcək
-
15:50
Sevgilisinə hücum edən aktyor filmdən uzaqlaşdırıldı
-
15:47
İsveç 10 ildən sonra Aİ-nin ən çox məhbusu olan ölkəsinə çevrilə bilər
-
15:43
36 min nəfər serialdan şikayət edib...
-
15:39
Azərbaycanlı məşhurların əsl yaşları - ŞOK OLACAQSINIZ
-
15:33
Cennifer Lopez: "Ərim üçün narahat olmasınlar! O xoşbəxtdir" - FOTO
-
15:30
"İçimdəki qadın" kitabı 2 milyondan çox satıldı
Top 5
- Bu Gün
- Bu Həftə
- Bu Ay
Arxiv
« Май 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Пн | Вт | Ср | Чт | Пт | Сб | Вс |
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | 31 |