"Telekanallar mənə qarşı koalisiya qurub" - Kamran Həsənli
6-10-2021, 19:10
180

"Telekanallar mənə qarşı koalisiya qurub" - Kamran Həsənli

Aparıcı Kamran Həsənli yeni mövsümdən MTV kanalı ilə əməkdaşlığa başlayacaq.
Bunu Axşam.az-a K.Həsənli deyib. O, bildirib ki, burada aparıcı kimi fəaliyyət göstərməyəcək:
"Əslində işbirliyim prodakşınlardan biri ilədir. Orada layihə hazırlanır. Mən də layihəyə məsləhətçi sima kimi daxil olmuşam. Həmin veriliş MTV-də efirə gedəcək".
K.Həsənli özünün aparıcı kimi televiziyada çalışmasına isə imkan verilmədiyini söyləyib: "Gedib kanal qapısını döyə bilmərəm. Hardansa təklif gəlməlidir ki, mən də çalışım. Amma təklif yoxdur. Məni kanallara yaxın buraxmırlar. Mənə qarşı telekanallar koalisiya qurub".

Oxşar xəbərlər