Sabiq nazir müavininə yeni vəzifə verildi
7-10-2021, 10:07
140

Sabiq nazir müavininə yeni vəzifə verildi

Ötən il Kənd Təsərrüfatı nazirinin müavini vəzifəsindən azad edilən İlham Quliyevə yeni vəzifə verilib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, sabiq nazir müavini "Azərsu” Açıq Səhmdar Cəmiyyətində idarə rəisinin müavini vəzifəsinə təyin olunub. 

Yeni təyinatı İlham Quliyev Qaynarinfo-ya açıqlamasında təsdiqləyib. 
Qeyd edək ki, İlham Quliyev 1994-cü ildən 2020-ci ilin avqust ayınadək Kənd Təsərüfatı Nazirinin müavini vəzifəsində çalışıb. Prezidentin sərəncamı ilə ötən il 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Oxşar xəbərlər