Brilliant Dadaşovanın həbs edilən bacısı oğlu haqqında ŞOK FAKTLAR
7-10-2021, 10:22
154

Brilliant Dadaşovanın həbs edilən bacısı oğlu haqqında ŞOK FAKTLAR

Ötən gün Xalq artisti Brilliant Dadşovanın bacısı oğlu Mahmudov Zaur Arif oğlu həbs olunub. Narkotik satışında ittiham edilən Zaur 5 il müddətində azadlıqdan məhrum edilib.
Onun haqqında sosial şəbəkələrdə yeni məlumatlar yayılıb.
Belə ki, Zaurun I Qarabağ müharibəsi zamanı Tərtərdə düşmənlə üzbəüz mövqeydə döyüşdüyü, eyni zamanda minaya düşən yaralı əsgərləri xilas etdiyi bildirilir.
Mahmudov həmin illərdə iştirak etdiyi döyüşlərdə 2 dəfə ağır kantuziya alıb, o cümlədən başına 17 tikiş qoyulub. Onun ayaq nahiyəsində də iri tikişlər var.
Qeyd edək ki, ötən gün hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən məhkəmədə hökm oxunub. Qərara əsasən, Zaur Mahmudov 5 il müddətinə həbs edilib. Onunla birlikdə saxlanılan və həbsdə olan Habil Əliyev isə 13 il müddətinə azadlıqdan məhrum edilib.

Oxşar xəbərlər