Şöbə müdiri işdən çıxarıldı - Yeni təyinat
7-10-2021, 12:57
183

Şöbə müdiri işdən çıxarıldı - Yeni təyinat

Salyan Rayon Təhsil Şöbəsində kadr dəyişikliyi olub. 
“Report”un məlumatına görə, Salyan Rayon Təhsil Şöbəsinin müdiri, 1956-cı il təvəllüdlü Piriyev Xudaverdi Əliyusif oğlu öz ərizəsi ilə vəzifəsindən azad edilib.
Həmin vəzifəyə 1973-cü il təvəllüdlü Dadaşova Razıgül Müseyib qızı təyin olunub.
Qeyd edək ki, X.Piriyev 5 ildən artıq idi Salyan Rayon Təhsil Şöbəsinə rəhbərlik edirdi.
R.Dadaşova isə bundan öncə Salyan rayon Peşə liseyinin direktoru vəzifəsində çalışıb.

Oxşar xəbərlər