Xocavənddə yaralanmış qaziyə əlillik verilmir - NARAZILIQ!
7-10-2021, 16:17
175

Xocavənddə yaralanmış qaziyə əlillik verilmir - NARAZILIQ!

Tovuzdan olan Vətən müharibəsinin qazisi Cavid Ocaqov Xocavənddə gedən döyüşlər zamanı noyabrın 5-də yaralanıb. O, sol qolundan qəlpə yaraları və kəllə-beyin travması alıb. Reportyor.info-ya müraciət edən C. Ocaqov bildirir ki, indiyə qədər əlillik ala bilmir. Qazi deyir ki, 5 xəstəxanada müalicə alıb, Müdafiə Nazirliyinin hərbi hospitalına gedib, amma sənədlərinə baxılmır, əlillik dərəcəsi ala bilmir. Qazi narazılıq edir ki, vətən üçün ölümə gedib, yaralanıb, amma Əmək və Əhalinin sosial müdafiəsi Nazirliyi onun şikayətinə baxmır. Cavid müvafiq orqanlardan və Prezidentdən kömək istəyir. Onun video müraciətini təqdim edirik:


Oxşar xəbərlər