Qarabağa 8 təcili tibbi yardım maşını göndərildi
8-10-2021, 11:07
163

Qarabağa 8 təcili tibbi yardım maşını göndərildi

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) maddi-texniki bazasının yenilənməsi məqsədilə tibbi yardım nəqliyyat vasitələrinin alınmasına dair müsabiqə keçirib.
Qalib şirkət “Sun Cars” MMC tərəfindən ANAMA-ya 10 ədəd tibbi yardım maşınlarının təhvil veriləcəyi nəzərdə tutulub.
Təcili tibbi yardım maşınları Qarabağda icra edilən minatəmizləmə əməliyyatlarına cəlb olunan ANAMA əməkdaşlarına xidmət edəcək. 8 ədəd ambulan hazırda Agentliyə təhvil verilib, növbəti 2 ədəd oktyabrın 20-dək işğaldan azad edilən ərazilərdə sahə əməliyyatlarında istifadə ediləcək.

Oxşar xəbərlər